Rusiya ukraynalı əsirlərə qarşı 694 növ işgəncə tətbiq edir – VİDEO

Hazırda oxunan: Rusiya ukraynalı əsirlərə qarşı 694 növ işgəncə tətbiq edir – VİDEO

622660

Rusiya əsirlikdə saxladığı ukraynalılara qarşı 694 fərqli işgəncə növündən istifadə edir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Ali Radasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Dmitri Lubinets məlumat verib.

Ombudsmanın sözlərinə görə, bu dəhşətli rəqəmlər indiyədək əsirlikdən geri qaytarılması mümkün olan Ukrayna vətəndaşlarının ifadələri və şahidlikləri əsasında toplanıb.
 

D.Lubinets həmçinin bildirib ki, onun rəsmi müraciətindən sonra Rusiyanın insan hüquqları üzrə müvəkkili ukraynalı hərbi əsirlərin saxlanma yerlərinin monitorinqinə başlayıb. Ukrayna tərəfi bu monitorinqlər sayəsində əsirlərin saxlanma şəraiti və sağlamlıq durumları barədə daha çox məlumat əldə etməyi hədəfləyir.


Müvəkkil Olenovka həbsxanasındakı terrordan sağ çıxan Mariupol müdafiəçilərinin məsələsinə də ayrıca toxunub. Lubinets qeyd edib ki, həmin hadisədə yaralanan 130 nəfərdən 46-sı hələ də Rusiya ərazisində saxlanılır.

Ombudsman onların ağır yaralı və ağır xəstə statusunda olduqlarını, buna baxmayaraq hələ də geri qaytarılmadıqlarını vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin