Venesuelada ZƏLZƏLƏ: Ölənlərin sayı 200-ə yaxınlaşır - FOTO

Hazırda oxunan: Venesuelada ZƏLZƏLƏ: Ölənlərin sayı 200-ə yaxınlaşır - FOTO

621605

Venesuelada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 200-ə yaxınlaşır, 1 000-dən çox insan isə xəsarət alıb.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin "Biz bacararıq" ("Podemos") partiyasının vitse-prezidenti Vilyan Rodriqes məlumat verib. 

"Həlak olanların dəqiq sayı barədə danışmaq hələ tezdir, lakin bu rəqəm artıq 200-ə yaxınlaşır, yaralıların sayı isə 1 000 nəfəri ötüb", - deyə siyasətçi bildirib.

İyunun 25-nə keçən gecə Venesuelada 39 saniyəlik fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Karakasda yaşayış binaları uçub və ciddi ziyan dəyib. Bəzi şəhərlər susuz və işıqsız qalıb. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin