ABŞ Prezidenti Donald Tramp onun hərbi səlahiyyətlərinin məhdudlaşdırılması barədə qəbul edilən qətnaməni "vaxtsız və mənasız" adlandırıb, sənədin lehinə səs verən senatorları isə Vaşinqtonun düşmənlərinə kömək etməkdə ittiham edib.
Bizim.Media xəbər verir ki, ABŞ rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu senatorlar sadəcə mənim işimi çətinləşdirdilər. Amma mən bu vəziyyətdən birtəhər çıxacam, çünki həmişə çıxış yolu tapıram", - deyə Tramp qeyd edib.
Ağ Ev rəhbəri vurğulayıb ki, hazırda Tehran Vaşinqtona "praktiki olaraq hər şeyi verməyə hazırdır" və son onilliklər ərzində ilk dəfədir ki, Birləşmiş Ştatlara və onun prezidentinə qarşı hörmət nümayiş etdirir.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda istifadəsinin dayandırılmasını nəzərdə tutan qətnamə üzrə keçirilən səsvermə tamamilə "vaxtsız və mənasız" addımdır. Prezident əlavə edib ki, bu layihənin lehinə səs verən senatorlar faktiki olaraq "düşmənə kömək və dəstək göstərirlər".

Bizim.Media



































































































