Vatsapda yeni dövr başlayır

Hazırda oxunan: Vatsapda yeni dövr başlayır

621171

“Meta” şirkəti Hindistanın maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən “Cred” startapına 900 milyon dollar investisiya yatıracaq və şirkətin qurucusu Kunal Şahı “WhatsApp”ın yeni rəhbəri təyin ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Meta” şirkəti məlumat yayıb. 

Belə ki, yeddi il ərzində messencerə rəhbərlik edən Uill Ketkart vəzifəsindən ayrılır. Mark Zukerberq bildirib ki, Ketkart bundan sonra “Meta”da yeni məhsulların yaradılması ilə məşğul olacaq.

Zukerberqin sözlərinə görə, Kunal Şah “Cred”i Hindistanın ən mühüm texnologiya şirkətlərindən birinə çevirib və onun idarəçilik təcrübəsi “WhatsApp”ın gələcək inkişafına töhfə verəcək.

Saziş çərçivəsində “Meta” şirkəti “Cred”in təxminən 20 faiz payına sahib olacaq. 

47 yaşlı Kunal Şahın əsas vəzifələrindən biri də “WhatsApp”a süni intellekt agentlərinin inteqrasiyası və yeni gəlir mənbələrinin genişləndirilməsi olacaq. O, hazırda Hindistanın Banqalor şəhərində yaşayır və yeni vəzifəsi ilə əlaqədar San-Fransisko Körfəz Bölgəsinə köçəcək.

Qeyd edək ki, Ketkartın rəhbərliyi dövründə “WhatsApp”ın aylıq istifadəçi sayı iki dəfədən çox artaraq 2025-ci ildə 3 milyardı ötüb. Şirkət hazırda reklam, ödənişli abunəliklər və süni intellekt əsaslı xidmətlərin inkişafı üzərində çalışır.

Xatırladaq ki, “Meta” son illərdə Hindistanda fəaliyyətini genişləndirir. Şirkət 2020-ci ildə Jio Platforms şirkətinə 5,7 milyard dollar sərmayə yatırmış, bu ilin iyununda isə ölkədə ilk süni intellekt məlumat emalı mərkəzinin icarəsi ilə bağlı razılaşma əldə etdiyini açıqlamışdı.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin