SEPAH İsrailə 2000-ci ildə Livandan qaçışını xatırlatdı: "Sizi rüsvayçılıqla qovacaqlar"

Hazırda oxunan: SEPAH İsrailə 2000-ci ildə Livandan qaçışını xatırlatdı: "Sizi rüsvayçılıqla qovacaqlar"

620743

İsrail 2000-ci il tarixinə bənzər bir aqibətlə üz-üzədir, həmin vaxt bu ölkənin silahlı qüvvələri Livan ərazisindən "rüsvayçılıqla" geri çəkilməli olmuşdu.

Bizim.Media xəbər verir ki, bu barədə iyunun 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani bəyanat verib.

İranın "PressTV" telekanalının yaydığı məlumata görə, komandan İsrail rəhbərliyinə xəbərdarlıq edib:
 

"Əgər Cənubi Livanı öz xoşunuzla tərk etməsəniz, bu torpaqları rüsvayçılıqla tərk etdiyiniz 2000-ci ilin dastanvari tarixi yenidən təkrarlanacaq. Bu gün təcavüz və işğalı davam etdirsəniz, rüsvayçılıq və məğlubiyyətlə qovulacaqsınız. Seçim sizindir".


Qaani həmçinin əlavə edib ki, son dörd gündən az bir müddətdə İsrail Müdafiə Qüvvələri (SAXAL) 100-dən çox hərbçisini itirib, Tel-Əviv isə Livanın dinc sakinlərinə qarşı "ölümcül hücumlar" təşkil edərək atəşkəs rejimini pozmağa davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin