Toyda faciə: 15 yaşlı yeniyetmə havaya atəş açarkən 11 nəfəri yaraladı

Hazırda oxunan: Toyda faciə: 15 yaşlı yeniyetmə havaya atəş açarkən 11 nəfəri yaraladı

620725

Türkiyənin Dənizli vilayətində toy mərasimi zamanı odlu silahdan açılan atəş nəticəsində 11 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
 

"Dənizlinin Çivril rayonunun Kıralan kəndində keçirilən toy mərasimində baş verən atışma nəticəsində 11 nəfər yaralanıb. Hadisənin gəlinin evdən çıxarılması zamanı baş verdiyi bildirilir", – deyə materialda qeyd olunub.


Toy karvanında olan 15 yaşlı yeniyetmə ənənəvi olaraq ov tüfəngindən havaya atəş açmaq istəyib.

Lakin yerə dəyərək rikoşet edən qırma qəlpələri ətrafdakı insanlara dəyib. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin