Netanyahu: "İranda hakimiyyət dəyişikliyi üçün şərait yaratmışıq"

Hazırda oxunan: Netanyahu: "İranda hakimiyyət dəyişikliyi üçün şərait yaratmışıq"

620702

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı həyata keçirilən hərbi kampaniyanın gələcəkdə bu ölkədə mümkün hakimiyyət dəyişikliyi üçün əlverişli şərait yaratdığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Qüdsdə keçirilən JNS beynəlxalq siyasi sammitində çıxış edən Netanyahu xatırladıb ki, ABŞ və İsrailin birgə hərbi əməliyyatlarının əsas hədəflərindən biri məhz İran rejiminin devrilməsi üçün "şəraitin formalaşdırılması" olub.

Onun sözlərinə görə, İsrail bu münaqişə gedişatında çox mühüm və ciddi nəticələr əldə edib.

İsrail hökumətinin rəhbəri qeyd edib ki, əməliyyatlar zamanı İran rejiminin əsas rəhbər şəxsləri məhv edilib, ölkənin raket sənayesinə, hərbi-dəniz və hərbi-hava qüvvələrinə, həmçinin hərbi sənaye obyektlərinə və infrastrukturuna sarsıdıcı zərbələr endirilib.
 

Netanyahunun qiymətləndirməsinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iqtisadi strukturlarına dəyən ziyan "yüz milyardlarla dollar" həcmindədir: "Onların bərpası üçün çox uzun zaman lazım olacaq. Hətta tamamilə bərpa oluna bilməyəcəklər", - deyə İsrailin Baş naziri vurğulayıb.


Baş nazir əlavə edib ki, endirilən ağır zərbələrdən sonra, həmçinin İran hakimiyyəti ilə cəmiyyət arasında yaranan dərin qarşıdurma fonunda rejimin tam olaraq nə vaxt çökəcəyini proqnozlaşdırmaq çətindir: "Lakin mən hesab edirəm ki, biz onun gələcəkdə süqut etməsi üçün bütün şəraiti yaratmışıq". Bununla belə, Netanyahu qeyd edib ki, rejimin yekun taleyi yalnız İran vətəndaşlarının özündən asılıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin