Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Hazırda oxunan: Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

620536

Donald Trampın yeni kabinetinin üzvləri ABŞ-da yeni qastroloji trendə qoşularaq kütləvi şəkildə kələm turşusu yeməyə başlayıblar.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Amerika administrasiyasında bu qəribə dəbin əsas ideoloqu məşhur həkim Şon O’Maradır.

Onun tərtib etdiyi pəhriz proqramı əsasən qırmızı ət və heyvan mənşəli zülallara söykənsə də, bağırsaq mikroflorasını bərpa edən kələm turşusu və digər fermentləşdirilmiş məhsullarla zəngindir.
 

"The Wall Street Journal"ın məlumatına görə, çəki atmaq və dərini gəncləşdirmək naminə vitse-prezident Cey Di Vens, səhiyyə naziri Robert Kennedi (kiçik), ticarət naziri Hovard Lutnik və nəqliyyat naziri Şon Daffi artıq "kələm pəhrizi"nə keçiblər.


Həkim O’Maranın metodikası şəkər və alkoqoldan tamamilə imtina etməyi, əvəzində qırmızı ət, kələm turşusu, şoraba, yumurta, giləmeyvə və yetkinləşmiş Avropa pendirləri (parmezan, qorqonzola) yeməyi tələb edir. Bu qidalanma daxili orqanları bürüyən təhlükəli visseral piyləri effektiv şəkildə yandırır və həzmi yaxşılaşdırır.

Artıq ötən ildən bu pəhrizə başlayan Robert Kennedi 9 kiloqram çəki atdığını, bədən ağrılarından və aritmiyadan tamamilə xilas olduğunu bildirib.

Qeyd edək ki, Ağ Evdə böyük nüfuza malik olan həkim Şon O’Maranın şəxsi konsultasiyasının qiyməti 18 000 dollar, baza sağlamlıq proqramı isə 8 000 dollardan başlayır.

Kennedinin bu pəhrizə heyranlığı ABŞ-nin rəsmi səhiyyə siyasətinə də təsir edib. ABŞ Səhiyyə Nazirliyi ölkə tarixində ilk dəfə olaraq amerikalıları rəsmi şəkildə fermentləşdirilmiş məhsullar (kələm turşusu, kimçi, kefir) qəbul etməyə çağırıb.

Nazirlik həmçinin yağlı ət, kərə yağı və yumurta kimi doymuş yağları yenidən faydalı qidalar siyahısına daxil edib.

Alimlər isə xəbərdarlıq edirlər ki, kələm turşusu bağırsaq iltihabından qorusa da, ona birdən-birə keçmək güclü köp (meteorizm) və ağrılar yarada bilər. Buna görə də pəhrizə gündə cəmi bir xörək qaşığı ilə başlamaq və orqanizmin adaptasiyası üçün 30 gün vaxt vermək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin