ABŞ-ın keçmiş prezidenti Barak Obama Çikaqoda Obama Prezident Mərkəzinin açılışını edib.
Bizim.Media xəbər verir ki, mərasimdə Angela Merkel, Bill Klinton, Co Bayden və Corc Buş da daxil olmaqla siyasətçilər və məşhurlar iştirak ediblər.
Lakin axşamın ən yaddaqalan məqamı Barak Obamanın həyat yoldaşı Mişel Obamanın çıxışı olub. Çıxışdan sonra əri göz yaşlarını saxlaya bilməyib.
"İllər əvvəl mənə demişdin ki, mənə dünyanı vəd edə bilməzsən, amma mənə dolğun bir həyat vəd edə bilərsən. Əlbəttə ki, daha yaxşı nəticə göstərdin və mənə hər ikisini verə bildin. Yanında olmaq mənim üçün şərəf idi. Məni daha yaxşı bir insan etdin və hamımız üçün nümunə göstərdin", - deyə Mişel Obama bildirib.
Buna cavab olaraq, B.Obama göz yaşlarını silməyə başlayıb.


Bizim.Media





























































































