Türkiyədə avtomobil dərəyə aşdı - 3 azyaşlı HƏLAK OLDU

Hazırda oxunan: Türkiyədə avtomobil dərəyə aşdı - 3 azyaşlı HƏLAK OLDU

619706

Türkiyənin Karaman vilayətində minik avtomobilinin dərəyə aşması nəticəsində üç azyaşlı həlak olub, dörd nəfər xəsarət alıb.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, hadisə vilayətin Kızık kəndində qeydə alınıb.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə aşıb.
 

Qəza nəticəsində bir ailənin üç azyaşlı övladı hadisə yerində həyatını itirib. Həlak olan uşaqların meyitləri məhkəmə-tibbi ekspertiza üçün morqa təhvil verilib.


Yaralıların vəziyyətlərinin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin