Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Kreml ABŞ-da Vladimir Putin və Vladimir Zelenskinin iştirakı ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb.
Bizim.Media bu barədə TASS-a istinadən xəbər verir.
Uşakov Kazanda keçiriləcək Rusiya-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) yubiley sammitini və Rusiya liderinin iş qrafikini müzakirə etdiklərini söyləyib.
Bildirilib ki, iyunun 14-də baş tutan telefon danışığı zamanı Putin və Tramp ABŞ-da Vladimir Zelenski ilə görüşün təşkili imkanını müzakirə etməyiblər:
“Xeyr, belə bir imkan müzakirə olunmayıb”.
Onun sözlərinə görə, Rusiya Ağ Evdən Putin və Zelenskinin də daxil olacağı görüşün təşkili ilə bağlı heç bir təklif almayıb:
"Hələ ki, heç kim bizə belə təkliflərlə müraciət etməyib”.
Qeyd edək ki, Rusiya prezidenti bu həftə Kazanda keçiriləcək Rusiya–ASEAN sammitində iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Kazanda baş tutacaq yubiley sammitinə Cənub-Şərqi Asiyanın aparıcı ölkələrinin liderlərinin də qatılması gözlənilir.
Sammit çərçivəsində Rusiya prezidentinin çoxsaylı ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
Bizim.Media































































































