Daha “Kaspersky” antivirusu lazım olmayacaq – Yeni mərhələ başlayır

Hazırda oxunan: Daha “Kaspersky” antivirusu lazım olmayacaq – Yeni mərhələ başlayır

619633

“Gələcəkdə “Kaspersky” antivirusuna ehtiyac qalmayacaq”.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, “Kaspersky Lab” şirkətinin təsisçisi və baş direktoru, Rusiyanın və dünyanın aparıcı kibertəhlükəsizlik üzrə mütəxəssisi Yevgeni Kasperski belə deyib.

O qeyd edib ki, gələcəkdə, əgər riyazi olaraq sübut olunmuş toxunulmazlığa malik kvant sistemləri və ya əməliyyat sistemləri yarada bilsək, Kaspersky antivirus proqramı tamamilə lazımsız olacaq.
 

Onun sözlərinə görə, hakerlər artıq yeni kod yaratmaq və bütün zərərli proqramlarını idarə etmək üçün süni intellektdən istifadə edirlər. Nəticə nədir? Antivirus proqram təminatı daha ağıllı hala gəlməlidir.


Qeyd edək ki, “Kaspersky” uzun illərdir dünyanın bir çox ölkəsində istifadə olunan antivirus proqramlarından biridir və milyonlarla istifadəçisi var. Şirkət öz məhsullarının yüz milyonlarla istifadəçi tərəfindən istifadə edildiyini bildirir.

Amma 2024-cü ildə ABŞ Kaspersky məhsullarının satışını və yenilənmələrini milli təhlükəsizlik səbəbləri ilə qadağan edib. Bəzi digər ölkələrin dövlət qurumları da Kaspersky istifadəsinə qarşı xəbərdarlıqlar edib və ya dövlət sistemlərində istifadəsini məhdudlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin