ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə yaxşı söhbət etdiyini və hər iki tərəfin münaqişənin nizamlanmasına açıq olduğunu bildirib.
Bizim.Media AP-yə istinadla xəbər verir ki, Tramp bu bəyanatla G7 sammiti çərçivəsində çıxış edərkən deyib.
"Dünən Zelenski və Prezident Putinlə çox yaxşı bir söhbətimiz oldu. Düşünürəm ki, onların hər ikisi buna açıqdır", — deyə o qeyd edib.
Onun fikrincə, xüsusilə İranla münaqişə nizamlandıqdan sonra, indi ABŞ Ukraynadakı münaqişəni bitirmək üçün "nəsə edə" bilər.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlamasında bildirmişdi ki, Tramp iyunun 14-də Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna böhranının nizamlanması məsələsində Kiyevə və ABŞ-nin Avropadakı tərəfdaşlarına təsir göstərməyə hazır olduğunu ifadə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:38 / 15.06.2026
Tramp: İrandan sonra məsələ, Ukrayna münaqişəsini bitirməkdir!
Hazırda oxunan: Tramp: İrandan sonra məsələ, Ukrayna münaqişəsini bitirməkdir!
Hazırda oxunan: Tramp: İrandan sonra məsələ, Ukrayna münaqişəsini bitirməkdir!
619488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































