ABŞ-İran arasında memorandum: KİMLƏRİN imzaladığı açıqlandı

Hazırda oxunan: ABŞ-İran arasında memorandum: KİMLƏRİN imzaladığı açıqlandı

619468

Vaşinqton və Tehran arasındakı qarşılıqlı anlaşma memorandumunu ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey. Di. Vens və İran parlamentinin sədri Məhəmməd-Baqer Qalibaf elektron formatda imzalayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti amerikalı rəsmiyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb.
 

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək: "Bütün fəaliyyətlər milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xətlər çərçivəsində həyata keçiriləcək".


Bir qədər əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikası və ABŞ nümayəndə heyətlərinin iyunun 19-da Cenevrədə görüş keçirə biləcəyini açıqlayıb. O qeyd edib ki, memorandum imzalandıqdan sonra danışıqların növbəti mərhələsinin ilk raundu baş tutacaq.

İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai isə bəyan edib ki, Tehran Vaşinqtonla memorandumu imzalama mexanizmi barədə yekun qərarı iyunun 15-i və ya 16-da qəbul edəcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin