Fon der Lyayen: İrana qarşı sanksiyalar ləğv edilməyəcək

Hazırda oxunan: Fon der Lyayen: İrana qarşı sanksiyalar ləğv edilməyəcək

619462

"ABŞ və İran arasında hərbi əməliyyatlar tamamilə bitsə belə, Avropa İttifaqı İran əleyhinə sanksiyaları ləğv etməyi planlaşdırmır. Tehran əvvəlcə kütləvi qırğın silahlarından imtina etməli və insan haqlarına hörmət etməlidir".

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib.
 

Qadın diplomat döyüşlər nəhayət dayandırıldıqdan və regionda sülh bərpa edildikdən sonra Aİ-nin ABŞ-nin ardınca İrana qarşı sanksiyaları ləğv etməyə hazır olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb:


"İrana qarşı iki sanksiya mexanizmimiz var və bunlar iki məsələyə yönəlib: insan haqlarının pozulması və kütləvi qırğın silahları. Biz bu məsələlərin hər birində İranın davranışında real dəyişiklik əldə etməliyik və yalnız bundan sonra sanksiyalar ləğv edilə bilər".

O həmçinin qeyd edib ki, Avropa İttifaqı sanksiyalara dövlətlərin siyasətini dəyişdirməyə yönəlmiş təsir vasitəsi kimi baxır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin