Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Hazırda oxunan: Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

619321

Çində idman zalında həddindən artıq ağır fiziki yüklənməyə məruz qalan gəncin sağlamlığında geri dönməz fəsadlar yaranıb. 23 yaşlı tələbə "ayaq günü" (leg day) məşqindən sonra kəskin böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, müayinələr zamanı pasiyentdə "rabdomioliz" xəstəliyinin yarandığı məlum olub. Bu, zədələnmiş əzələ liflərinin sürətlə parçalanaraq qana qarışması ilə xarakterizə olunan və daxili orqanları sıradan çıxaran ölümcül bir vəziyyətdir.

Əvvəlcə sidiyindən qan gəlib, sonra isə...

Müalicə həkiminin verdiyi məlumata görə, ağır məşqdən sonra gəncin səhhəti sürətlə pisləşib:

"İlk olaraq oğlanın sidiyində qan müşahidə olunub, daha sonra isə o, ümumiyyətlə sidiyə çıxa bilməyib. Xəstəxanaya gətirilərkən gənc artıq müstəqil şəkildə addımlamaq qabiliyyətini itirmişdi. Onun həyatını yalnız təcili dializ aparatına qoşulması xilas etdi".

Ekspertlərdən mühüm xəbərdarlıq: İdmanda "özünüzü öldürməyin"
 

Həkimlər vurğulayırlar ki, rabdomioliz sindromu ilə daha çox idmana yeni başlayan və ilk günlərdən bədəninə həddindən artıq güc verən şəxslər qarşılaşırlar.


Mütəxəssislər bənzər bədbəxt hadisələrdən qorunmaq üçün idman zalında "özünü qan-tərə batırmamağı", məşqlərin intensivliyini və ağırlıq dərəcəsini tədricən artırmağı tövsiyə edirlər. Bundan əlavə, idman zamanı bol su içmək, xüsusilə isti və rütubətli hava şəraitində ağır məşqlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin