Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Hazırda oxunan: Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

619257

İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi son hava zərbələri təkcə regionda hərbi gərginliyi artırmayıb, həm də İran ilə ABŞ arasındakı pərdəarxası diplomatik təmaslara ciddi zərbə vurub. İran parlamentinin sədri və ABŞ ilə danışıqlar prosesinin əsas fiqurlarından biri olan Məhəmməd Baqir Qalibaf mövzu ilə bağlı kəskin bəyanatla çıxış edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, spiker Vaşinqtonun bu hücumlarda birbaşa məsuliyyət daşıdığını qeyd edib.

Məhəmməd Baqir Qalibaf ABŞ rəhbərliyinin öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığını vurğulayıb:

"Birləşmiş Ştatlar ya öz öhdəliklərini yerinə yetirmək üçün siyasi iradəyə malik deyil, ya da belə bir qabiliyyətdən tamamilə məhrumdur. Onlar İsrailə bu cür aqressiv hücumlar həyata keçirmək üçün faktiki olaraq yaşıl işıq yandırırlar".

İran rəsmisi Ağ Evin həm danışıqlar aparıb, həm də regionda gərginliyi alovlandıran addımlara göz yummasını kəskin tənqid edib:
 

"ABŞ və İsrailin “yaxşı və pis polis” oyunu artıq köhnəlib və işə yaramır. Əgər sizin öz öhdəliklərinizi yerinə yetirməyə nə iradəniz, nə də gücünüz çatırsa, o zaman bu yolu davam etdirməkdən, gələcək dialoq perspektivlərindən danışmaq qeyri-mümkündür".


Siyasi analitiklər Qalibafın bu bəyanatını Tehranın Vaşinqtonla nüvə proqramı və sanksiyaların ləğvi istiqamətində apardığı gizli vasitəçilik danışıqlarını dondura biləcəyinə dair rəsmi xəbərdarlıq kimi qiymətləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin