Ermənistanın bəzi bölgələrində yerli iqlim şəraiti üçün xarakterik olmayan dağıdıcı və güclü qasırğa (tornado) baş verib. Təbiət hadisəsi ətraf rayonlarda ciddi təşvişə səbəb olub.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, təbii fəlakət əsasən Göyçə (Sevan) gölü ətrafındakı Martuni və Basarkeçər (Vardenis) şəhərlərində müşahidə edilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə səmada nəhəng qara bulud burulğanının yarandığı və sürətlə yerə doğru endiyi aydın görünür. Güclü küləklə müşayiət olunan qasırğanın bəzi tikililərin dam örtüklərinə və infrastrukturuna ziyan vurduğu bildirilir.
Hazırda fəlakət bölgəsində dəymiş ziyanın miqyası dəqiqləşdirilir, xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:45 / 14.06.2026
Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO
Hazırda oxunan: Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO
Hazırda oxunan: Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO
619256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































