Meksika Prezidenti Dünya Çempionatında biletlərin baha olmasına etiraz etdi - VİDEO

Hazırda oxunan: Meksika Prezidenti Dünya Çempionatında biletlərin baha olmasına etiraz etdi - VİDEO

619229

Meksikada keçirilən Futbol üzrə Dünya Çempionatının rəsmi açılış matçında (Meksika - Cənubi Afrika) dövlət başçısı Klaudia Şeynbaumun stadionda iştirak etməməsi ölkədə geniş müzakirələrə səbəb olub.

Prezident keçirdiyi mətbuat konfransında açılış oyununa getməməsinin səbəbini biletlərin həddindən artıq baha olması və xalqın böyük hissəsinin bunu qarşılaya bilməməsi ilə izah edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Şeynbaum özünə ayrılmış xüsusi bileti gənc bir futbolsevərə bağışladığını açıqlayıb.

Prezident yüksək bilet qiymətlərini tənqid edərək bu fikirləri səsləndirib:

"Siz bilirsiniz stadionda bir biletin qiyməti neçəyə idi? 120 min peso (təxminən 7 000 dollar). Bunu kimin maddi imkanı çatdırar? Məni rəsmən dəvət etmişdilər, əlimdə biletim də var idi. Lakin mən getməkdən imtina etdim. Yox dedim, çünki həmin bileti futbolu çox sevən, lakin bu pulu ödəmək iqtidarında olmayan gənc bir qadına hədiyyə etdim.

Stadion biletləri çox bahadır. Çox az insan bu qiymətə bilet ala bilər. Bir prezident kimi, mənim getməkdənsə, yerimi ora heç vaxt gedə bilməyəcək, futbolu ürəkdən sevən gənc bir qadına verməyim daha doğrudur. Mən isə bu bayramı xalqla birlikdə tamamilə pulsuz qeyd edə bilərəm".
 

Məlum olub ki, Klaudia Şeynbaumun 1 nömrəli xüsusi bileti qazanmaq üçün Meksika hökuməti tərəfindən gənc qadınlar arasında topla fənd göstərmə (topu havada saxlama/dominada) yarışı təşkil edilib.


Yarışın qalibi isə Verakrus ştatından olan 21 yaşlı yerli (yerli xalqların nümayəndəsi) idmançı Yolett Servantes Kuakehua olub. O, ayaqyalın şəkildə milli geyimdə topu havada saxlama videosu ilə minlərlə rəqibini geridə qoyaraq prezidentin VIP biletini əldə edib və açılış matçını stadiondan izləmək şansı qazanıb.

Prezident Şeynbaum "Meksika xalqını gənc bir qadından daha yaxşı kim təmsil edə bilər?" deyərək bu addımın hökumətin məmurlara olan imtiyazlara son qoymaq vizyonunun bir parçası olduğunu vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin