Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya daxilindəki siyasi vəziyyət və Kremlin daxili hesabatları barədə kəşfiyyat məlumatlarına əsaslanaraq növbəti diqqətçəkən açıqlama verib.
Ukrayna lideri Rusiyada dövlət başçısına olan xalq dəstəyinin kəskin şəkildə aşağı düşdüyünü vurğulayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Zelenski öz rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatı birbaşa Rusiya rəhbərliyinin masasına qoyulan mühüm daxili sənədləri əldə etməyi bacarıb.
Həmin hesabatlar Kremlin daxilində ciddi narahatlığın hökm sürdüyünü göstərir:
"Ukrayna kəşfiyyatı Rusiya Federasiyası rəhbərliyinin masasına qoyulan sənədləri əldə edib. Bu sənədlərə əsasən deyə bilərik ki, Kremldə Rusiya vətəndaşlarının prezident Putinə qarşı narazılığının daha da artacağını və sentyabrda keçiriləcək seçkilər ərəfəsində ona olan dəstəyin kəskin şəkildə aşağı düşəcəyini gözləyirlər".
Ukrayna dövlət başçısı Rusiya prezidentinə real vəziyyətin tam ötürülmədiyini, lakin mövcud mənzərənin belə ciddi nəticələr çıxarmağa əsas verdiyini qeyd edib:
"Putinə tamamilə doğru və bəzədilməmiş məlumatlar çox nadir hallarda təqdim olunur. Lakin onun əlinə keçən sənədlərdə gördükləri belə, müəyyən real nəticələr çıxarmağa imkan verir. Məhz bu səbəbdən, tamamilə mümkündür ki, gələcəkdə yekun sülh sazişini artıq Putinlə imzalamayacağıq".
Ekspertlər bu bəyanatı Ukraynanın Rusiya daxilindəki elit qruplar arasında parçalanma yaratmaq və Putinin hakimiyyətinin sarsılmazlığı imicini zəiflətmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər.



Bizim.Media

- A-
- A
- A+
Dünya
13:56 / 14.06.2026
Zelenskidən ŞOK AÇIQLAMA: "Sülh sazişini yəqin ki, Putinlə imzalamayacağıq” - FOTO
Hazırda oxunan: Zelenskidən ŞOK AÇIQLAMA: "Sülh sazişini yəqin ki, Putinlə imzalamayacağıq” - FOTO
Hazırda oxunan: Zelenskidən ŞOK AÇIQLAMA: "Sülh sazişini yəqin ki, Putinlə imzalamayacağıq” - FOTO
619225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































