İşğalda olan Krımın Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayev Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına qarşı yaxın gələcəkdə tamamilə fərqli və effektiv müdafiə üsulunun tətbiq ediləcəyini bəyan edib.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, regional rəhbər şəhərə edilən son hücumları tarixi hadisələrlə müqayisə edib və kəskin tənqid edib.
"1942-ci ildəki faşist hücumuna bənzəyir"
Mixail Razvojayev baş verənləri "şəhərin qəlbinə zərbə" adlandıraraq qeyd edib:
"Sevastopolun qəlbinə, bizim tarixi yaddaşımıza endirilən bu zərbə əvvəlcədən planlaşdırılmış aksiyadır. Bu hadisə vaxt etibarilə demək olar ki, 1942-ci ildə faşistlərin hücumu ilə eyni dövrə təsadüf edir. Burada assosiasiyalar öz-özünə yaranır. Şübhəsiz ki, bu, Kiyev rejiminin özünün guya hər şeyə qadir olduğunu nümayiş etdirmək üçün şüurlu şəkildə atdığı addımdır".
"Dronlar sahil xəttinə yaxınlaşa bilməyəcək"
Qubernator bu vəziyyətin tezliklə dəyişəcəyini və yeni müdafiə mexanizmlərinin işə düşəcəyini vurğulayıb:
"Əlbəttə, bu vəziyyət tezliklə bitəcək. Biz bu məsələni mütləq həll edəcəyik. Yaxın vaxtlarda elə bir üsul tətbiq edəcəyik ki, onların dronları sahil xəttinə belə yaxınlaşa bilməyəcək. Bu, ən yaxın zaman kəsiyində baş verəcək. Bundan sonra isə biz, şübhəsiz ki, zərər görmüş bütün infrastrukturu tamamilə bərpa edəcəyik".
Xatırladaq ki, son dövrlərdə Sevastopol və Krım yarımadası mütəmadi olaraq həm havadan PUA-ların, həm də dənizdən pilotsuz katerlərin hücumuna məruz qalır.
Rusiya tərəfi dəniz sahili boyunca müdafiə xəttini və HHM sistemlərini gücləndirməyə davam edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:03 / 14.06.2026
Sevastopol qubernatoru: "Yaxın vaxtlarda PUA-lara qarşı yeni üsul tətbiq olunacaq" - VİDEO
Hazırda oxunan: Sevastopol qubernatoru: "Yaxın vaxtlarda PUA-lara qarşı yeni üsul tətbiq olunacaq" - VİDEO
Hazırda oxunan: Sevastopol qubernatoru: "Yaxın vaxtlarda PUA-lara qarşı yeni üsul tətbiq olunacaq" - VİDEO
619224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































