İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

Hazırda oxunan: İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

619207

ABŞ və İran arasında imzalanması gözlənilən anlaşma memorandumunun yeni və mühüm detalları məlum olub. İki ölkə arasında əldə olunan kompromis çərçivəsində regionda naviqasiya təhlükəsizliyi və iqtisadi blokadanın aradan qaldırılması istiqamətində ciddi addımlar atılacaq.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı özünün etibarlı mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin iddialarına görə, Vaşinqtonla rəsmi memorandum imzalandıqdan sonra Tehran strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin keçidi üçün hər hansı rüsum və ya ödəniş (keçid haqqı) tələb etməməyə razılıq verib.
 

Bunun müqabilində isə qarşı tərəf analoji addım atacaq. Belə ki, boğazın tam gücü ilə və maneəsiz fəaliyyətinin bərpası ilə eyni vaxtda, ABŞ da İran limanlarına tətbiq etdiyi uzunmüddətli iqtisadi və dəniz blokadasını tamamilə ləğv edəcək.


Xatırladaq ki, bu sülh memorandumu ətrafında Tehranda Rusiya, Çin və İran səfirlərinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr aparılıb. Digər tərəfdən, İsrail rəhbərliyi ABŞ-ın İraq və İranla bağlı bu diplomatik yaxınlaşmasını "xəyanət" kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin