Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Hazırda oxunan: Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

618801

Vaşinqton və Tehran müharibənin dayandırılması barədə razılığa gəliblər, indi tərəflər sənədləri imzalamalıdırlar.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz indicə İranla müharibənin dayandırılması barədə əla razılaşmalar əldə etdik. Sənədlərin rəsmiləşdirilməsini başa çatdıracağıq. Bu, bir neçə gün ərzində edilməlidir", - deyə Amerika lideri bildirib.

Trampın sözlərinə görə, sazişin imzalanması artıq yaxın həftəsonu mümkündür. Bu, vitse-prezident Cey. Di. Vensin olacağı Avropada baş verə bilər.

Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev rəhbəri "Truth Social" hesabında İranla sazişin yekun bəndlərinin prosesdə iştirak edən bütün tərəflərlə razılaşdırıldığını yazmışdı. Lakin "Fars" agentliyi Tehranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb ki, İslam Respublikası münaqişənin başa çatması haqqında hər hansı saziş mətnini hələlik bəyənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin