Krasnodar Beynəlxalq Hava Limanında 34 reysin yerinə yetirilməsi təxirə salınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, gecikən uçuşlar arasında Moskva, Sankt-Peterburq, İstanbul, Antalya, Novosibirsk və Daşkənd istiqamətləri üzrə reyslər var.
Həmçinin bu şəhərlərdən Krasnodara nəzərdə tutulan bir sıra uçuşlar da vaxtında həyata keçirilməyib.
Qeyd edək ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) bir gün əvvəl uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə Krasnodar hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Eyni səbəbdən Soçi və Gelencik hava limanlarının fəaliyyətində də məhdudiyyətlər tətbiq olunub.
Bizim.Media

































































































