SEPAH: Yaxın Şərqi ABŞ üçün cəhənnəmə çevirəcəyik

Hazırda oxunan: SEPAH: Yaxın Şərqi ABŞ üçün cəhənnəmə çevirəcəyik

618597

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musavi Hörmüz boğazında təhlükə yaradılmasının cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, İranın "Tasnim" agentliyinin məlumatına görə, Musavi bəyanatında bildirib:

"Siz müqəddəs Hörmüz boğazını təhlükəli vəziyyətə gətirirsiniz?! Biz bu regionu sizin üçün cəhənnəmə çevirəcəyik".

Komandan qeyd edib ki, İranın addımları "ABŞ-ın regiondakı həyasızlığına" cavab olacaq.

Agentlik həmçinin ABŞ Prezidenti Donald Trampın İranı "bombalamaq" təhdidlərinə cavab verən anonim mənbədən sitat gətirib:

"ABŞ-ın hər bir təcavüzünə qətiyyətli hərbi cavab veriləcək və biz siyasi şantajla barışmayacağıq".

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər İran Vaşinqtonla saziş bağlamasa, daha güclü zərbələrlə üzləşəcək. Cümə axşamına keçən gecə ABŞ hərbçiləri İrana növbəti hücuma başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bu zərbələr "özünümüdafiə məqsədilə" və "İranın əsassız və davam edən təcavüzünə cavab olaraq" endirilib.

İran mediasının məlumatına görə, ölkənin altı bölgəsində güclü partlayışlar baş verib.

Yaranmış vəziyyətlə əlaqədar İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı və SEPAH Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin