Bu almanın yarısı qırmızı, yarısı sarı RƏNGDƏDİR – FOTO

Hazırda oxunan: Bu almanın yarısı qırmızı, yarısı sarı RƏNGDƏDİR – FOTO

618584

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki kiçik bir tərəvəz mağazasında təbiətin nadir möcüzələrindən biri – tam tən ortadan yarı qırmızı və yarı sarı rənglərə bölünmüş "ximera" alması nümayiş olunur.

Bizim.Media xəbər verir ki, "Red Braeburn" sortundan olan bu qeyri-adi meyvə may ayının ortalarında tapılıb.

Almada rəng xəttinin ideal dərəcədə düz olması alimlərin də diqqətini çəkib. Elm adamlarının fikrincə, bu cür "ximera" mutasiyalarına milyonda bir meyvədə rast gəlinir.

Fenomen, daxili rüşeymin inkişafının ən erkən mərhələsində baş verən qəfil genetik xəta nəticəsində yaranır. Meyvə eyni vaxtda piqmentasiyaya cavabdeh olan iki fərqli genetik koda malik hüceyrələrdən formalaşmağa başlayır və nəticədə iki müstəqil hissəyə bölünür.
 

Mağazanın sahibi Hezerin sözlərinə görə, iki rəngli alma qısa müddətdə böyük marağa səbəb olub və insanlar onun şəklini çəkmək üçün mağazaya axın edirlər. Hətta bəzi alıcılar lotereyada qalib gəlmək və ya uğur qazanmaq üçün yarışlardan əvvəl gəlib bu almaya toxunurlar.


Hazırda nadir meyvə xüsusi soyuducuda qorunur. Lakin mağaza sahibləri yaxın günlərdə çətin bir qərar verməlidirlər: almanı tarix üçün konservasiya etmək, yoxsa bu genetik anomaliyanın daxildən necə göründüyünü öyrənmək üçün onu tən ortadan kəsmək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin