Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Hazırda oxunan: Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

618547

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı yaşayış məntəqələrində və Qərbi Bekaa bölgəsində şiə "Hizbullah" qruplaşmasının obyektlərinə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, son 24 saat ərzində baş verən hücumlar nəticəsində 30 nəfər həlak olub, daha 92 nəfər isə yaralanıb.
 

Səhiyyə Nazirliyi həmçinin vurğulayıb ki, martın 2-də başlayan eskalasiyadan bəri ümumi həlak olanların sayı 3 696 nəfərə, yaralıların sayı isə 11 413-ə çatıb.


Nazirlikdən qeyd olunub ki, elan edilmiş atəşkəsə baxmayaraq, bombardmanlar davam edir və yeni məlumatlar daxil olduqca ölü və yaralıların sayının daha da artacağı istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin