Kaya Kallasdan etiraf: "İsrailə qarşı sanksiya tətbiq etməyə gücümüz çatmır”

Hazırda oxunan: Kaya Kallasdan etiraf: "İsrailə qarşı sanksiya tətbiq etməyə gücümüz çatmır”

618399

Avropa İttifaqı (Aİ) üzv ölkələr arasında vahid konsensusun (yekdilliyin) olmaması səbəbindən İsrailə qarşı daha sərt məhdudlaşdırıcı tədbirlər və sanksiyalar tətbiq edə bilmir.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İrlandiyanın "RTE" telekanalına verdiyi eksklüziv müsahibədə sensasion etiraflar edib.

Jurnalistin "Aİ-nin Rusiya və İsrailə qarşı tətbiq etdiyi sanksiyalardakı ikili standartlar və fərqli yanaşmalar nə ilə bağlıdır?" sualına cavab verən Kallas, ittifaq daxilində ciddi fikir ayrılıqlarının olduğunu gizlətməyib:
 

"Bizim aramızda birlik yoxdur. Tarixi səbəblərə görə üzv dövlətlərin bu regiondakı vəziyyətə baxışı tamamilə fərqlidir. Belə bir şəraitdə İsrailə qarşı ümumi və vahid mövqe nümayiş etdirmək son dərəcə çətindir".


Avropa diplomatiyasının rəhbəri həmçinin vurğulayıb ki, Avropa Komissiyası yaxın vaxtlarda Qəzza və Livandakı hərbi əməliyyatlarla bağlı İsrailə qarşı yeni sanksiya layihəsi təklif etməyə hazırlaşır. Lakin Kallasın şəxsi qənaətinə görə, bəzi Avropa paytaxtlarının müqaviməti səbəbindən "bu məhdudiyyətlərin qəbul edilməsi və səsvermədən keçməsi çətin ki, baş tutsun".

Baş verən daxili böhranın Aİ-nin qlobal nüfuzunu zəiflətdiyini qəbul edən Kaya Kallas, bu acizliyin Avropa rəhbərliyində ciddi məyusluq doğurduğunu da sözlərinə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin