ABŞ pullu və sürətləndirilmiş viza proqramına başlayır

Hazırda oxunan: ABŞ pullu və sürətləndirilmiş viza proqramına başlayır

618309

ABŞ Dövlət Departamenti Amerika vizalarının alınması üçün müraciətlərə sürətləndirilmiş qaydada baxılması üzrə pilot proqram başlatmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
 

Məlumata görə, müraciət edənlər 750 dollar məbləğində əlavə rüsum ödəməklə, ödəniş rəsmiləşdiyi andan etibarən on gün ərzində ABŞ-nin müəyyən edilmiş diplomatik nümayəndəliklərində viza müsahibəsinə yazıla biləcəklər.


Xarici siyasət idarəsinin bu proqramı yalnız növbəti həftə rəsmən elan edəcəyi gözlənilir. Proqram iyulun 1-dən dekabrın 31-dək qüvvədə olacaq.

Qeyd olunur ki, Dövlət Departamentinin məlumatına görə, viza müsahibəsi üçün orta gözləmə müddəti konkret diplomatik nümayəndəlikdən asılı olaraq dəyişir və bir neçə gündən demək olar ki, bir ilə qədər çəkə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin