Hörmüz boğazından keçən gəmilərin sayı əhəmiyyətli dərəcədə artıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyinin məlumatına görə, ABŞ-nin energetika naziri Kris Rayt energetika forumu zamanı bildirib.
"Hesab edirəm ki, enerji daşıyıcılarının normal axınına qayıtmaq üçün uzun aylar lazım olacaq. Əlbəttə ki, Fars körfəzindən ixrac olunan təkcə neft və təbii qaz deyil. Oradan həmçinin kükürd, helium, sürtkü yağları və digər mühüm strateji məhsulların da böyük həcmdə ixracı mövcuddur", - deyə qurum rəhbəri qeyd edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
Cavab olaraq Tehran İsrailə, Amerika bazalarına və Yaxın Şərqdəki neft infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Bundan əlavə, İran dəniz yolu ilə daşınan neft tədarükünün təxminən 30%-nin payına düşdüyü Hörmüz boğazını bağlayıb.
Bizim.Media


































































































