Sankt-Peterburq Qanunverici Məclisinin deputatlarına Vladimir Putinə müraciət edərək Ukraynaya qarşı nüvə silahından istifadə olunmasını xahiş etmək təklif olunub.
Bizim.Media xəbər verir ki, bu təkliflə "Sosial Müdafiə" partiyasının ali şurasının üzvü Viktor Perov çıxış edib.
O, Qanunverici Məclisdə təmsil olunmayan digər siyasətçilərlə birlikdə tribunada çıxış etmək üçün iclasa dəvət alıb.
Perov öz çıxışında Rusiya-Ukrayna müharibəsindəki mövcud vəziyyətdən bəhs edib. Onun iddiasına görə, "Avropa İttifaqının himayəsi altında olan cinayətkar Zelenski rejimi" Rusiyada "quldur, banderovçu, neonasist rejimi bərqərar etmək" məqsədilə ölkəyə hücum edib.
Siyasətçi qeyd edib ki, bu səbəbdən Putin "xüsusi hərbi əməliyyat" başlamağa "məcbur olub", lakin "hər şey planlaşdırıldığı kimi getməyib".
Lakin o, sözünü yekunlaşdıra bilməyib. Belə ki, bu radikal çıxışın ardınca iclas zalında onun mikrofonu dərhal söndürülüb.
Bizim.Media






































































































