Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanda baş tutan parlament seçkilərindən sonra verdiyi bəyanatda Moskinin Cənubi Qafqaz və Şərqi Avropadakı geosiyasi mövqelərinin zəiflədiyini bildirib. Zelenskinin fikrincə, Rusiya tərəfi cəbhə xəttindəki effektivliyinin paralel olaraq azalması fonunda Azərbaycan, Ermənistan və Moldovada da əvvəlki nüfuzunu itirməkdədir.
Bizim.Media xəbər verir ki, The Guardian nəşrinə müsahibə verən Ukrayna dövlət başçısı bu barədə danışarkən bir sıra mühüm məqamları vurğulayıb.
Zelenski qeyd edib ki, Kremlin hazırkı xarici siyasət kursu Rusiyanın Avropa dövlətləri və ABŞ tərəfindən diplomatik təcrid olunmasına gətirib çıxarıb.
Ukrayna liderinin sözlərinə görə, müttəfiqlərin sayının kəskin şəkildə azalması və beynəlxalq əlaqələrin tənəzzülü qaçılmaz olaraq Rusiya daxilində də ciddi fəsadlar törədəcək:
“Rusiya daxilində ictimai rəyin dəyişməsi isə sadəcə zaman məsələsidir. Rəsmi Kiyev gözləyir ki, Rusiya vətəndaşlarının ölkənin beynəlxalq aləmdən təcrid olunduğunu dərk etməsi, ölkə rəhbərliyinə və şəxsən Rusiya Prezidenti Vladimir Putinə qarşı sistemli sualların yaranmasına səbəb olacaq. Vətəndaşlar seçilmiş xarici siyasi vektorun nə dərəcədə məqsədəuyğun olduğunu sorğulamağa başlayacaqlar”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:09 / 09.06.2026
Zelenski: Rusiya Azərbaycan və Ermənistandakı təsirini itirir – VİDEO
Hazırda oxunan: Zelenski: Rusiya Azərbaycan və Ermənistandakı təsirini itirir – VİDEO
Hazırda oxunan: Zelenski: Rusiya Azərbaycan və Ermənistandakı təsirini itirir – VİDEO
618126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































