Tramp: İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Hazırda oxunan: Tramp: İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

618090

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yaxın iki həftə ərzində İranla yekun razılaşma əldə olunacağını gözləyir.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə televiziya mitinqində çıxışı zamanı danışıb.

“Hazırda danışıqlar aparırıq və onlar (iranlılar – red.) çox yaxşı bir razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, bu prosesdə üstün mövqedəyik. Yaxın iki həftə ərzində yekun nəticə əldə olunacağını gözləyirəm. Bu baş verdikdən sonra neftin qiymətləri də aşağı düşəcək”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti bir daha vurğulayıb ki, Vaşinqtonla əldə ediləcək razılaşma çərçivəsində Tehran nüvə silahı əldə etmək və ya inkişaf etdirmək planlarından imtina edəcək.

Tramp, həmçinin xatırladıb ki, İran limanlarına qarşı tətbiq olunan blokadanın Vaşinqton və Tehran arasında böhranın həlli ilə bağlı yekun razılıq əldə edilənədək qüvvədə qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin