Sayları 200 milyonu keçdi - Qarşısını almaq olmur

Hazırda oxunan: Sayları 200 milyonu keçdi - Qarşısını almaq olmur

618066

Avstraliyada təbii tarazlığı qorumaq məqsədilə atılan addım böyük bir ekoloji fəlakətə çevrilib.

Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, 1935-ci ildə şəkər qamışı tarlalarındakı zərərli böcəklərlə mübarizə aparmaq üçün Havay adalarından qitəyə 102 ədəd "Aga" qurbağası gətirilib. Lakin rəsmilərin bioloji silah kimi təbiətə buraxdığı bu canlılar daha böyük problemin yaranmasına səbəb olub.

Aparılan hesablamalar qurbağalarla böcəklərin eyni mühitdə yaşamadığını ortaya çıxarıb. Belə ki, zərərli böcəklər bitkilərin üst hissələrində, qurbağalar isə yerdə yaşayır. Bu səbəbdən qurbağalar hədəf alınan böcəklər yerinə, bölgədəki digər yerli kiçik canlıları yeyərək bəslənməyə başlayıblar. Bu uğursuz müdaxilə zaman keçdikcə qitə üçün qarşısıalınmaz təhlükəyə çevrilib.
 

Aga qurbağalarının bu qədər sürətlə yayılmasının ən böyük səbəbi sahib olduqları güclü zəhərdir. Onların başlarının arxasından ifraz olunan bu zəhər Avstraliyanın timsah, dingo, ilan və kisəli pişik kimi yerli yırtıcıları üçün ölümcüldür. Bu yırtıcılar qurbağaları ovladıqdan bir neçə dəqiqə sonra zəhərlənərək tələf olurlar. Bu vəziyyət qitədəki qida zəncirinin üst pillələrində ciddi azalmalara yol açır.


Eyni zamanda, bu canlıların çoxalma sürəti də inanılmaz dərəcədə yüksəkdir. Tək bir dişi qurbağa bir dəfəyə 8 mindən 30 minə qədər yumurta qoya bilir. Hətta onların hələ tam böyüməmiş çömçəquyruqları belə zəhərlidir.

Çətin iqlim şərtlərinə və quraqlığa dözümlü olan bu heyvanlar hər il yeni ərazilərə yayılmağa davam edir. Hazırda sayları 200 milyonu keçən bu istilaçı gücü dayandırmaq üçün hökumət və ekoloqlar müxtəlif layihələr həyata keçirir, insanları bu qurbağalarla mübarizəyə çağırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin