Trampdan İran-İsrail sülhünün ANONSU – “Danışıqlar gedir, kimsə axmaqlıq etməsə...” – FOTO

Hazırda oxunan: Trampdan İran-İsrail sülhünün ANONSU – “Danışıqlar gedir, kimsə axmaqlıq etməsə...” – FOTO

617977

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında sülh danışıqlarının davam etdiyini və hər iki tərəfin atəşkəsdə maraqlı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində paylaşım edib.

“İsrail də, İran da dərhal atəşkəs istəyir”, – deyə ABŞ lideri qeyd edib.

Onun sözlərinə görə, “sülh”lə bağlı yekun danışıqlar irəliləyir və prosesə yalnız “kimlərinsə cahilliyi və ya ağılsızlığı” mane ola bilər.
 

Tramp həmçinin vurğulayıb ki, tərəflər arasında yekun razılaşma əldə olunana qədər tətbiq olunan blokada tam şəkildə qüvvədə qalacaq.


“Blokada yalnız “yekun saziş” əldə edilənədək tam həcmdə və qüvvədə qalacaq. Hər şey sürətlə baş verməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, son günlər İran və İsrail arasında qarşılıqlı hücumlar regionda gərginliyi artırsa da, Vaşinqton tərəflər arasında diplomatik həll imkanlarının hələ də mövcud olduğunu vurğulayır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin