SON DƏQİQƏ! Rusiyadan Paşinyanın qələbəsi ilə bağlı GÖZLƏNİLMƏZ BƏYANAT

Hazırda oxunan: SON DƏQİQƏ! Rusiyadan Paşinyanın qələbəsi ilə bağlı GÖZLƏNİLMƏZ BƏYANAT

617967

Ermənistanda iyunun 7-də keçirilən parlament seçkiləri ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda seçkilərin müxalifətə qarşı “misli görünməmiş təzyiqlər” və Qərbin, ilk növbədə isə Avropa İttifaqının müdaxiləsi şəraitində keçirildiyi iddia olunub.
 

Rusiya XİN-in qiymətləndirməsinə görə, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələr hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsini göstərsə də, partiya hakimiyyət üzərində tam inhisar əldə edə bilməyib. Bəyanatda qeyd olunub ki, əvvəlki seçki dövrü ilə müqayisədə hakim partiyaya dəstək nəzərəçarpacaq dərəcədə azalıb.


Moskva hesab edir ki, Ermənistan cəmiyyətində Rusiya-Ermənistan münasibətlərinin inkişaf etdirilməsi, eləcə də ölkənin Avrasiya inteqrasiya strukturlarında qalması ilə bağlı geniş ictimai sifariş mövcuddur.

Bəyanatda seçki kampaniyasının və səsvermə prosesinin Ermənistan hakimiyyətinin müxalif qüvvələrə, onların fəallarına və tərəfdarlarına qarşı sərt təzyiqləri fonunda keçdiyi vurğulanıb.

Rusiya XİN həmçinin bildirib ki, təqiblərdən Erməni Apostol Kilsəsi də yan keçməyib.

“Bütün bunlar İrəvan tərəfindən azad və demokratik seçkilərin keçirilməsi prinsiplərinin kobud şəkildə pozulmasıdır”, – deyə bəyanatda qeyd olunub.

Moskva iddia edir ki, təzyiqlər əsasən Rusiya ilə strateji əməkdaşlığın, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlarda iştirakının davam etdirilməsini müdafiə edən siyasi qüvvələrə qarşı yönəlib.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva hər zaman güclü və həqiqətən suveren Ermənistanın tərəfdarı olub və erməni xalqına sülh və rifah arzulayır.
 

Eyni zamanda vurğulanıb ki, seçkilər Ermənistan cəmiyyətinin dərin şəkildə qütbləşdiyini nümayiş etdirib və belə şəraitdə əhalinin bütün təbəqələrinin mövqeyi nəzərə alınmadan qəbul edilən qərarlar ölkəni yeni parçalanmalara və sosial-iqtisadi sarsıntılara sürükləyə bilər.


Bəyanatın sonunda qeyd olunub ki, Moskva bundan sonra Ermənistanla bağlı siyasətini İrəvanın atacağı real addımları nəzərə alaraq formalaşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin