Livan Səhiyyə Nazirliyi bildirir ki, martın 2-dən iyunun 7-nə qədər olan dövrdə İsrailin ölkəyə davam edən hücumları nəticəsində ən azı 3 613 nəfər həlak olub, daha 11 072 nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
İsrail Vaşinqtonda atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir neçə gün sonra və ABŞ-nin Livanın paytaxtına zərbələr endirməmək barədə xahişinə baxmayaraq, bazar günü Beyrutun cənubdakı şəhərlərin ətraflarına xəbərdarlıq etmədən zərbə endirib.
Qedy edək ki, "Hizbullah" hərəkatının müttəfiqi olan İran xəbərdarlıq etmişdi ki, Beyruta hücum Yaxın Şərqdə genişmiqyaslı müharibənin yenidən alovlanmasına səbəb olacaq.
Bizim.Media




































































































