Netanyahu: “İsrail Qəzzada nəzarəti genişləndirir”

Hazırda oxunan: Netanyahu: “İsrail Qəzzada nəzarəti genişləndirir”

617784

İsrail qüvvələri Livanın cənubunda "Hizbullah" hərəkatına qarşı hücum əməliyyatlarını davam etdirir və kövrək atəşkəs rejimi fonunda istənilən hücuma güclə cavab verəcək.

Bizim.Media "The Times of Israel" qəzetinə istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyanat yayıb.

"Biz ərazimizə və ya icmalarımıza atəş açılmasına icazə verməyəcəyik və buna uyğun hərəkət edəcəyik", - deyə Netanyahu hökumətin iclasının açılışında bildirib.

Onun sözlərinə görə, ordu sərhədyanı bölgələrdə "Hizbullah"ın infrastrukturuna zərbələr endirməkdə davam edir və qruplaşmanın geri çəkildiyini iddia edir.
 

İsrail baş naziri həmçinin qeyd edib ki, son bir həftə ərzində 350-yə yaxın yaraqlı məhv edilib və İsrail qüvvələri yeraltı infrastrukturun aşkar edildiyi Bofor-Ridc rayonunu nəzarətə götürüb.


Netanyahu həmçinin İsrailin Qəzza zolağında HƏMAS üzərində nəzarəti hər tərəfdən gücləndirdiyini və artıq ərazinin 60%-dən çoxunu əlində saxladığını, həmçinin bu nəzarəti 70%-ə çatdırmağı planlaşdırdığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin