Peskovdan Zelenskiyə: "Məktub belə göndərilmir..."

Hazırda oxunan: Peskovdan Zelenskiyə: "Məktub belə göndərilmir..."

617780

Ukrayna Prezidenti Volodimir Zelenski məktubu Rusiya Prezidenti Vladimir Putinə ötürmək üçün başqa bir yol tapa bilərdi.

Bizim.Media “Kommersant" qəzetinə istinadla xəbər verir ki, bu fikri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

O əlavə edib ki, sənəd müəyyən olunmuş rəsmi-xidməti qaydada Putinin diqqətinə çatdırılıb.

"Əgər məktub göndərmək istəyirsənsə, göndər. Əgər meqafondan istifadə edirsənsə, buna məktub demə", — deyə Peskov jurnalist Pavel Zarubinlə söhbətində bildirib.
 

Xatırladaq ki, iyunun 4-də Ukrayna Prezidenti öz saytında Rusiya Prezidentinə açıq məktub ünvanladığını açıqlayıb.


Zelenski öz məktubunda görüşməyi təklif etmiş, eyni zamanda Putinə qarşı bir sıra ittihamlar irəli sürmüşdü.

Daha sonra Rusiya Prezidenti Zelenski ilə görüşməkdə məna görmədiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin