"Trampın komandası Rusiya ilə münasibətləri bərpa etməkdə səmimidir" - Putinin xüsusi nümayəndəsi

Hazırda oxunan: "Trampın komandası Rusiya ilə münasibətləri bərpa etməkdə səmimidir" - Putinin xüsusi nümayəndəsi

617762

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində "VK Video"nun Bloqer studiyasında Kseniya Sobçaka eksklüziv müsahibə verən Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Rusiya-ABŞ münasibətlərinin gələcəyinə dair mühüm bəyanatlar səsləndirib.

Bizim.Media xəbər verir ki, Dmitriyev ABŞ-ın hazırkı siyasi rəhbərliyində Moskva ilə dialoqu bərpa etmək üçün real istəyin olduğunu vurğulayıb.

Fond rəhbəri Vaşinqtondakı siyasi ab-hava barədə danışarkən deyib:

"Hesab edirəm ki, həm Stiv (Uitkoff), həm Cared (Kuşner), həm də Prezident Tramp Rusiya ilə münasibətlərin bərpa olunmasında tamamilə səmimidirlər. Sözsüz ki, ABŞ administrasiyasında, Pentaqonda, xüsusi xidmət orqanlarında, eləcə də Avropa və Böyük Britaniyada bir çox insan bu prosesə mane olmağa çalışır. Çox güclü müqavimət var. Lakin hər bir halda, iki nüvə dövləti, iki böyük güc mütləq ünsiyyətdə olmalı və ortaq məxrəclər tapmalıdır".

"Sülhün qarşısındakı yeganə maneə Zelenskinin mövqeyidir"

Dmitriyev Ukrayna böhranının nizamlanması yollarından və sülh danışıqlarının ləngimə səbəblərindən də bəhs edib. O, əsas problemin Kiyev və onun avropalı müttəfiqlərindən qaynaqlandığını iddia edib:
 

"Bu gün sülhə doğru gedən yolda yeganə maneə və əsas əngəl Zelenskinin tutduğu mövqe, həmçinin avropalılar ilə britaniyalıların danışıqlar prosesini pozmaq cəhdləridir. Əslində bir çox tərəf sülhün tərəfdarıdır və bu sülh Prezident Putinin çox dəqiq şəkildə bəyan etdiyi şərtlər daxilində bərpa oluna bilər".


Dmitriyev həmçinin əlavə edib ki, Donald Tramp siyasi məsələlərə qarşılıqlı qazanc (win-win) və "sövdələşmə" (deal) kateqoriyaları ilə yanaşır, lakin Ukrayna mövzusu sadə bir sövdələşmədən daha dərin tarixə malikdir. Onun sözlərinə görə, Rusiya üçün hazırda ən vacib məqam ABŞ ilə geosiyasi və iqtisadi əlaqələrin uzunmüddətli perspektivdə yenidən qurulmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin