Maks Korjun pərəstişkarları İstanbulu "iflic etdi"

Hazırda oxunan: Maks Korjun pərəstişkarları İstanbulu "iflic etdi"

617625

Belaruslu tanınmış musiqiçi Maks Korjun İstanbulun mərkəzində toplanan minlərlə rusdilli azarkeşi şəhərdə böyük izdihama səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Pərəstişkarların yerli hakimiyyət orqanları ilə razılaşdırılmamış yürüşü bu gün saat 14:00-da başlayıb. Çoxmilli kütlə İstanbul boğazının sahili boyu — "Galataport" yaradıcılıq məkanından bu axşam ifaçının möhtəşəm konsertinin planlaşdırıldığı "Beşiktaş" ("Tüpraş") stadionuna doğru hərəkət edir.

Ötən gecə isə Maks Korjun İstanbula gələn minlərlə fanatı şəhərin mərkəzində — İstiqlal küçəsi və Eminönü estadası yaxınlığında kortəbii şəkildə toplaşıblar. İnsan çoxluğu ictimai asayişin lokal şəkildə pozulması ilə müşayiət olunub: fanatlar əsas avtomobil magistrallarında və mərkəzi turizm küçələrində hərəkəti demək olar ki, iflic ediblər.
 

Sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə böyük insan qruplarının piyada və magistral yolları zəbt etdiyi, pirotexniki vasitələrdən (atəşfəşanlıq) istifadə etdiyi, uca səslə mahnı oxuyub şüarlar səsləndirdiyi əks olunub. Turistlərin sıx olduğu küçələrdə səs-küyün salınması yerli sakinlərin narazılığına səbəb olub.


Maks Korjun konserti Rusiya və digər MDB ölkələrindən Türkiyəyə böyük turist axınına səbəb olub və bu da aviareyslərə tələbatı kəskin artırıb. İstanbul küçələrində toplanan kütlə "İstanbul iki gün bizim əlimizdədir!" və "Dvij neseotsya!" kimi klassik fanat şüarları səsləndirirlər. Bundan əlavə, gələn qonaqların canlı turizm məkanlarının ortasında "slem" (təhlükəli sıxlıq və tullanma hərəkətləri) təşkil etməsi şəhər sakinlərinin etiraz dalğasına yol açıb.

Türkiyə polisi kütlənin toplaşdığı rayonlara əlavə qüvvələr cəlb etsə də, pərəstişkarları dağıtmaq üçün güc tətbiq etmir, sadəcə avtomobillərin normal hərəkətini təmin etmək üçün onları proezd hissəsindən uzaqlaşdırmağa çalışır. Hazırda kütləvi həbslər və ya ciddi hadisələr barədə rəsmi məlumat yoxdur.
 

Maks Korjun çıxışı 50 minə yaxın tamaşaçı tutumu olan "Beşiktaş" stadionunda baş tutacaq və təşkilatçılar bunun bu yayın ən böyük musiqi hadisələrindən biri olacağını gözləyirlər. Xatırladaq ki, bir həftə əvvəl İstanbulda amerikalı reper Kanye Vestin də irimiqyaslı konserti baş tutmuşdu.


"Reuters"in məlumatına görə, onun Atatürk Olimpiya Stadionundakı konserti rekord sayda — 118 min tamaşaçı toplamışdı, lakin həmin vaxt mərkəzi küçələrin pərəstişkarlar tərəfindən bu dərəcədə bağlanması halı qeydə alınmamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin