Kamçatkada Şiveluç vulkanı püskürdü: Kül dumanı 12 kilometrə çatdı

Hazırda oxunan: Kamçatkada Şiveluç vulkanı püskürdü: Kül dumanı 12 kilometrə çatdı

617624

Rusiyanın Kamçatka yarımadasında yerləşən, regionun ən şimal fəal vulkanı olan Şiveluçda (hündürlüyü 3 283 metr) güclü kül püskürməsi qeydə alınıb. Təbiət hadisəsi nəticəsində kül sütunu dəniz səviyyəsindən 12 kilometr hündürlüyə qədər ucalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi məlumat yayıb.

Vulkanın aktivliyinin kəskin artması ilə əlaqədar olaraq aviasiya üçün ən yüksək — "qırmızı" təhlükə kodu elan edilib.
 

Xilasetmə xidmətlərinin məlumatına görə, formalaşan kül buludu şərq istiqamətində — Kamçatka körfəzinə doğru təxminən 50 kilometr məsafədə yayılıb. Növbətçi dispetçerlərin hesabatlarına əsasən, külün hərəkət istiqamətində hər hansı yaşayış məntəqəsi yoxdur və hələlik ətraf rayonlarda kül yağması qeydə alınmayıb. Bununla belə, nazirlik sakinləri kül yağacağı təqdirdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.


Qeyd edək ki, iki gün əvvəl də Şiveluç vulkanında yüksək aktivlik müşahidə olunmuş və kül sütunu 8 kilometr hündürlüyə qalxmışdı. Alimlər vulkanın fəallığının intensiv qaz-buxar emissiyaları ilə müşayiət olunduğunu və hər an yeni, daha böyük püskürmələrin baş verə biləcəyini xəbərdar edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin