Kuveyt hava məkanını yenidən açdı

Hazırda oxunan: Kuveyt hava məkanını yenidən açdı

617615

Bəsrə körfəzində vəziyyətin kəskinləşməsi, eləcə də raket və pilotsuz uçuş aparatları (PUA) hücumları barədə xəbərlər fonunda müvəqqəti olaraq bağlanan Kuveytin hava məkanı şənbə günü səhər saatlarında fəaliyyətini bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Gulf News" nəşri məlumat yayıb.

Kuveyt Mülki Aviasiya Baş İdarəsi hava hərəkətinin yerli vaxtla saat 06:15-də tamamilə bərpa olunduğunu açıqlayıb. Bu qərar aidiyyatı qurumlarla məsləhətləşmələr və təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra qəbul edilib.
 

Ehtiyat tədbiri olaraq hava məkanının bir neçə saatlıq qapadılması səbəbindən "Kuwait Airways" və "Jazeera Airways" aviaşirkətlərinə məxsus 11 reys qonşu dövlətlərin hava limanlarına yönləndirilib.


Bundan əvvəl Kuveyt Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin hava hücumundan müdafiə (HHM) sistemlərinin bir neçə raket və PUA-nı zərərsizləşdirdiyini bəyan etmişdi. Hərbi qurumdan bildirilib ki, ölkənin bir sıra rayonlarında sakinlərin eşitdiyi partlayış səsləri məhz HHM vasitələrinin hava hədəflərini məhv etməsi ilə bağlı olub.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İran Kuveyt və Bəhreyn istiqamətində 7 ballistik raket atıb.

ABŞ hərbçiləri iddia edir ki, onlardan 6-sı vurulub, digər biri isə hədəfə çatmayıb. Hadisə nəticəsində ölən və ya dağıntı barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, hadisə İran ilə ABŞ arasında gərginliyin növbəti dəfə artması fonunda baş verib və Bəsrə körfəzinin bir sıra ölkələrində mülki aviasiyanın işində müvəqqəti məhdudiyyətlərə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin