Rusiyadan gələn ermənilərə həbs xəbərdarlığı: Paşinyandan kişilərin ölkədən çıxışına qadağa əmri

Hazırda oxunan: Rusiyadan gələn ermənilərə həbs xəbərdarlığı: Paşinyandan kişilərin ölkədən çıxışına qadağa əmri

617608

Ermənistan Prokurorluğu hərbi təlim-məşq toplanışlarından yayınmağın 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnən cinayət məsuliyyəti yaratdığını xatırladıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.

Rəsmi qurumun bəyanatında qeyd olunub ki, hələ yanvarın 8-də hökumət ehtiyatda olan sıravi, çavuş və zabit heyəti üçün təlim toplanışları elan edib. Qanunvericiliyə əsasən, ölkə ərazisində olan və çağırış vərəqəsi alan hər bir vətəndaş hərbi komissarlığa gəlməyə borcludur.
 

Bu xəbərdarlığın fonunda bir sıra erməni teleqram kanalları iddia edir ki, Rusiyadan Ermənistana gələn çağırış yaşındakı vətəndaşların hərbi xidmətə və ya təlimlərə cəlb olunması üçün ölkədən çıxışına məhdudiyyət qoyulur. Bildirilir ki, söhbət həmçinin iyunun 7-də keçiriləcək seçkilərdə səs vermək üçün gələn şəxslərdən gedir. Lakin bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.


Bundan əvvəl isə İrəvan hava limanında ehtiyatda olan hərbçilərə çağırış vərəqələrinin paylandığı barədə məlumatlar yayılmışdı. İddialara görə, Baş nazir Nikol Paşinyan seçkilərdə iştirak etmək üçün Rusiyadan gələn kişilərin Ermənistandan buraxılmaması barədə xüsusi göstəriş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin