Kremldən Zelenskinin məktubuna yenidən reaksiya: "Hadisələri qabaqlamayaq"

Hazırda oxunan: Kremldən Zelenskinin məktubuna yenidən reaksiya: "Hadisələri qabaqlamayaq"

617598

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin Vladimir Putinə ünvanladığı və ictimaiyyətə açıqlanan açıq məktubu kontekstində "hadisələri qabaqlamamağa" çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Zelenskinin məktubunun dərc olunması və Trampın buna reaksiyasına gəlincə — çox şey danışmaq olar, lakin gəlin hadisələri qabaqlamayaq", — deyə Peskov vurğulayıb.
 

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Putin və Zelenski arasında mümkün görüşü alqışladığını bildirib. Rusiya Prezidenti Vladimir Putin isə ötən gün Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar sessiyasında çıxışı zamanı hələlik Zelenski ilə görüşmək üçün bir məna görmədiyini bəyan edib.


Qeyd edək ki, iyunun 4-də Volodimir Zelenski Vladimir Putinə ünvanladığı açıq məktubda münaqişəyə son qoymaq üçün İsveçrə, Türkiyə və ya ərəb ölkələrindən birində görüşməyi təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin