Fransanın keçmiş birinci ledisi Bernadet Şirak vəfat etdi

Hazırda oxunan: Fransanın keçmiş birinci ledisi Bernadet Şirak vəfat etdi

617593

Fransanın keçmiş prezidenti Jak Şirakın dul xanımı Bernadet Şirak 93 yaşında dinc dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə onun qızı Klod Şirak "AFP" agentliyinə məlumat verib.

Qızının sözlərinə görə, Bernadet Şirak ötən gün axşam saatlarında, yaxınlarının əhatəsində dinc şəkildə vəfat edib.

Bernadet Şirak (qızlıq soyadı: Şodron de Kursel) Fransa tarixində özünəməxsus yer tutub; o, ölkənin siyasi həyatında aktiv rol oynayan yeganə birinci ledi olub. Belə ki, Bernadet xanım 1979-cu ildən 2015-ci ilə qədər Fransanın mərkəzi hissəsində yerləşən Korrez departamentinin baş məsləhətçisi vəzifəsini fasiləsiz icra edib və seçicilərin böyük rəğbətini qazanıb.
 

Fransa Prezidenti Emmanuel Makron başsağlığı bəyanatı yayaraq onu "böyük qəlbli, təmkinli və qətiyyətli qadın" adlandırıb, onun Korrez təmsilçisi kimi fəaliyyətini və xəstəxana fondlarına rəhbərlik edərək xeyriyyəçilik sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.


Qeyd edək ki, 1933-cü ildə Parisdə diplomat ailəsində doğulan Bernadet, "Sciences Po" institutunda oxuyarkən Jak Şirakla tanış olub və onlar 1956-cı ildə evləniblər. 60 ildən çox davam edən evlilikləri dövründə o, həyat yoldaşını bütün siyasi pillələrdə, o cümlədən 1995-ci il prezident seçkilərində dəstəkləyib.

Jak Şirakın prezidentliyi dövründə (1995–2002) isə xüsusilə xəstəxanada yatan uşaqlara yardım məqsədi daşıyan "Pièces Jaunes" ("Sarı qəpiklər") xeyriyyə kampaniyasına rəhbərlik edərək xalqın sevgisini qazanıb. Siyasi dairələrdə o, sağ cinahın qulaq asdığı nüfuzlu və prinsipial fiqur kimi tanınırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin