ABŞ ilə müharibənin yenidən başlaması halında, İran hələ hücuma məruz qalmamış Amerika bazalarına zərbələr endirməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri Möhsün Rezai "CNN"ə verdiyi müsahibədə bildirib.
"Əvvəllər hücuma məruz qalmayan digər Amerika bazalarına zərbə endirməklə müharibəyə yeni bir ölçü qatacağıq", - deyə o əlavə edib.
Onun sözlərinə görə, müharibə yenidən başlasa, İran hərbi əməliyyatları Fars körfəzindən kənara - Hörmüz boğazından Hind okeanına, Babül-Məndəb boğazına, Qırmızı dənizə və Aralıq dənizinə köçürə bilər.
İran rəsmisi qeyd edib ki, Tehran dondurulmuş vəsaitlərin azad edilməsini tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün vacib addım hesab edir.
“Əgər Tramp İranla razılıq əldə etmək istəyirsə, bu 24 milyard dollar etimad sınağıdır. İran bu sınağı Trampa təklif edir. Amerika bu imtahandan keçməlidir və bundan sonra yol açıq olacaq. Bu pullar Amerikaya deyil, İrana məxsusdur”, – deyə Möhsün Rzai bildirib.
Eyni zamanda, Rezai vurğulayıb ki, müharibə ehtimalı aşağı olaraq qalır.
Bizim.Media

































































































