Avropanın 11 ölkəsi rusiyalılar üçün Şengen vizalarının məhdudlaşdırılmasını tələb edir

Hazırda oxunan: Avropanın 11 ölkəsi rusiyalılar üçün Şengen vizalarının məhdudlaşdırılmasını tələb edir

617212

Avropanın 11 ölkəsi Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi qaydalarının daha da sərtləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, Polşa, Baltikyanı ölkələr (Litva, Latviya, Estoniya), Finlandiya, İsveç, Çexiya, Danimarka, Niderland, həmçinin Şengen zonasına daxil olan qeyri-Aİ ölkələri — Norveç və İslandiya Avropa İttifaqı (Aİ) rəhbərliyinə birgə müraciət məktubu ünvanlayıblar.

Məktubda qeyd olunur ki, hazırda Rusiya vətəndaşlarına qarşı qüvvədə olan viza məhdudiyyətləri yetərli deyil. Rusiyalı turistlər viza almaq üçün daha yumşaq qaydaları və şərtləri olan Aİ ölkələrini taparaq "viza turizmi" ilə məşğul olmaqda davam edirlər.

Müraciət edən dövlətlər kəskin bəyanatla çıxış edərək reallığı belə xarakterizə ediblər:

"Rusiya raketləri və pilotsuz uçuş aparatları (PUA) Ukrayna şəhərlərini bombaladığı, dinc insanları hədəf aldığı bir vaxtda, Rusiya vətəndaşlarının heç bir şey olmamış kimi Avropa çimərliklərində və kurortlarında rahat şəkildə istirahət etməsi qəbuledilməzdir".

Sözügedən müraciətdən sonra rəsmi addımların atılması üçün Avropa Komissiyasının məsələyə reaksiyası və qərarı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin