İran Küveytə endirilən zərbələrdə əli olmadığını BƏYAN ETDİ: ABŞ raaketləridir…

Hazırda oxunan: İran Küveytə endirilən zərbələrdə əli olmadığını BƏYAN ETDİ: ABŞ raaketləridir…

617079

Küveyt hava limanına İran raketi deyil, ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sisteminin raketi düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "IRIB" agentliyi öz "Telegram" kanalında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebinin açıqlamasını dərc edib.

O izah edib ki, İran mülki obyektlərə zərbə endirməyib, hava limanının vurulması isə ABŞ-nin HHM sisteminin səhvinin nəticəsidir.

"Küveyt hava limanının sərnişin terminalının dağılması ABŞ-nin “Patriot” sistemlərinin səhvi ucbatından baş verib. Belə ki, bu sistemlər İran raketlərini vurmağa uğursuz cəhd göstərdikdən sonra sözügedən terminalın üzərinə düşüb", — deyə məlumatda qeyd olunub.
 

İyunun 3-də səhər saatlarında İranın pilotsuz uçuş aparatları və raketlərlə Küveyt hava limanına hücum etdiyi bildirilmişdi. Küveyt Müdafiə Nazirliyi bunun böyük maddi ziyana, 1 nəfərin ölməsinə və 63 nəfərin yaralanmasına səbəb olduğunu bəyan etmişdi.


Tehran isə bəyan edib ki, Küveyt və eyni zamanda zərbələrə məruz qalan Bəhreyn İslam Respublikasına hücumlar etmək üçün ABŞ-yə öz ərazilərindən istifadəyə icazə veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin