Rusiyada Azərbaycan vətəndaşını işə götürən kafeni BAĞLADILAR

Hazırda oxunan: Rusiyada Azərbaycan vətəndaşını işə götürən kafeni BAĞLADILAR

616890

Rusiyanın Saratov vilayətində fəaliyyət göstərən kafe Azərbaycan vətəndaşının işə qəbul edilməsi səbəbindən bağlanıb.

Bizim.Media xəbər verir ki, Federal Məhkəmə İcraçıları Xidmətinin İdarəsindən verilən məlumata görə, Saratov vilayətinin Yerşov rayonundakı yol kənarındakı kafe miqrasiya qanunvericiliyinin pozulması səbəbindən möhürlənib.

Buna səbəb obyekt sahibinin qeyri-qanuni olaraq Azərbaycan vətəndaşı olan bir qadını işə götürməsi olub.

Sahibkar barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcləsinin 18.15-ci maddəsinin 3-cü hissəsi (Xarici vətəndaşların əmək fəaliyyətinə qanunsuz cəlb edilməsi) ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə kafenin fəaliyyəti bir ay müddətinə dayandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin